BirKart Umico
18-67 yaş, rəsmi gəliri, son iş yerində 6 aylıq iş təcrübəsi olan (Kapital Bank müştəriləri üçün 3 ay) və ya pensiya alan hər kəs BirKart əldə edə bilər.
Niyə BirKart?
İkili cashback imkanı verən kart. BirKart Umico Kapital Bank və “Competo” şirkətinin təqdim etdiyi ko-brend kart məhsuludur. Müştəri həm Kapital Bank tərəfdən verilən, həm də Umico partnyor şəbəkəsi çərçivəsində qazandığı Cashback məbləğlərini əldə edir. Hər iki tərəfdən verilən Cashback məbləği müştərinin Umico balansında bonus kimi toplanılır.
BirKart Miles kartıyla istədiyiniz məhsulu bütün partnyor mağazalarda öz qiymətinə, 18 ayadək faizsiz taksitlə əldə edə bilərsiniz. İstəsəniz BirKart Umico Debet kartı alın və kartda yalnız Debet kartı funksiyası olsun.
BirKartınızla komissiya yox, uzun-uzun sənədləşmə yox, əlavə şərt yox!
Rahat və rəqabətli tariflər
-
18 ayadək faizsiz taksit imkanı
Taksit
-
Kart 3 il müddətində aktivdir
Kartın müddəti
-
1 illik 35 AZN*
Kartın qiyməti
*BirKart Umico kartının yalnız Debet funksiyasını seçsəniz bu zaman kartın qiyməti
3 illik 10 AZN olacaq, kartı 3 fərqli valyutada (AZN/USD/EUR) əldə etmək mümkün olacaq və
kartda taksit funksiyası qüvvədə olmayacaqdır.
Tariflər cədvəli
BirKartın Sizin üçün hazırlanan xüsusi tariflərini çox sevəcəksiniz
- Kartın qiyməti - 1 illik 35 AZN
- Birdəfəlik ödənişlər üzrə qazanılan məbləğ (Umico bonus əmsalı) - 1.5% (taksit əməliyyatları üzrə – 0.5%) / Debet kart üzrə Umico partnyorlarında 1%; Qeyri-Umico partnyorlarında isə 0.5% qazanılan bonus əmsalı
- Partnyor mağazalarda 18 ayadək faizsiz taksit imkanı mövcuddur.
- Partnyorlarda taksit əməliyyatları üçün heç bir komissiya tutulmur
- Kartla birdəfəlik ödənişlərdə güzəşt müddəti - 40 günədək
- SMS Info xidməti pulsuzdur
- Borcun ümumi ödəniş müddəti: 60 ayadək