Formanı doldurun və BirKart əldə edin

Kapital Bankdan əmək haqqı və ya pensiya kartınız var?

Bəli
Xeyr

Şəxsiyyəti təsdiq ədən sənəd

Kartı əldə etmək istədiyiniz filialın yerləşdiyi ərazi

Kodu daxil edin
Bağlamaq

Təəssüf ki, Siz BirKart sifariş edə bilməzsiniz

BirKart yalnız Kapital Bankdan maaş və ya pensiya kartı olan şəxslərə verilir.

Geriyə

Təşəkkür edirik

Sizinlə mütləq əlaqə saxlanılacaq

Sizə zəng edək?

Kodu daxil edin
Bağlamaq

Təşəkkür edirik

Sizinlə mütləq əlaqə saxlanılacaq

Şəxsi kabinetə daxil ol

Ödəmə və xərclərinizdən xəbərdar olun

Success form

Subtitle for from

Sual-Cavab

BirKart nədir?
BirKart Kapital Bank-ın təqdim etdiyi, kredit və taksit kart funksiyalarını özündə birləşdirən unikal bir kartdır.
BirKartı necə almaq olar?
Kapital Bankın filiallarına yaxınlaşaraq və ya www.Birkart.az saytından onlayn müraciət göndərə bilərsiniz.
Kimlər əldə edə bilər?
Bankın əməkdaşlıq etdiyi özəl və dövlət müəssisələrində çalışan, Kapital Bank kartı ilə maaş və ya təqaüd alan hər kəs BirKart üçün müraciət edə bilər. Kartın verilməsi kredit üzrə mütəxəssisin ilkin təhlilinə əsasən təyin edilir.
Bankda pul kreditim varsa, BirKart ala bilərəm?
Kredit üzrə mütəxəssis Sizin gəlirlərinizi və xərclərinizi təhlil etdikdən sonra pul krediti ilə paralel kredit ayrılıb-ayrılmayacağını dəqiqləşdirə bilər.
Mənim üçün BirKart limiti necə təyin ediləcək?
Siz BirKart üçün müraciət etdikdə kredit üzrə mütəxəssis Sizin aylıq gəlirlərinizi və xərclərinizi dəqiqləşdirəcəkdir. İlkin təhlil aparıldıqdan sonra Sizə limit haqqında məlumat veriləcəkdir. Limit Sizin gəlir və borclanma limitinizdən asılı olaraq 300 manatdan 10000 manatadək təyin edilə bilər.
Limitimi artıra və ya azalda bilərəmmi?
BirKart limitinin artırılması kartın istifadəsinə görə mümkün ola bilər. Bunun üçün bir neçə ay istifadə edib, vaxtında ödəniş etməlisiniz. BirKart limitinin azaldılması və artırılması üçün Banka müraciət etmək lazımdır.
Başqa bankda kreditim varsa BirKart ala bilərəmmi?
Kredit üzrə mütəxəssisin ilkin təhlilinə əsasən Sizə BirKart verilə bilər. Bu halda gəlirləriniz və borclanma məbləğiniz dəqiqləşdiriləcək.
BirKartın müddəti nə qədərdir?
BirKart 36 ay müddətinə rəsmiləşdirilir. 3 il ərzində BirKartdan rahat -rahat istifadə edə bilərsiniz.
Ödənişləri necə aparmaq lazımdır?
BirKartla POS terminal olan mağazalarda və internet şəbəkəsində onlayn ödənişlər apara bilərsiniz. Ölkəxarici və ölkədaxili ödənişlər üçün BirKart Sizin köməyinizdə olacaq.
BirKart taksit necə hesablanır?

BirKart-la partnyor mağazalarında istənilən məhsulu alıb, dəyərini hissə-hissə ödəmək mümkündür. Xərclənən məbləğ 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12 və ya 18 aya bölünməklə, bərabər hissələrlə ödənilir.

 

Ödəniş forması:

Maaş və ya pensiya məbləğinin karta köçürüldüyü tarixə uyğun olaraq 3 ödəniş intervalından birini seçmək mümkündür:

Hər ayın 1–10 aralığı (10-u daxil)

Hər ayın 11-20 aralığı (20-si daxil)

Hər ayın 21-dən ayın son tarixi (ayın son günü daxil)

 

İllik faiz dərəcəsi:

Partnyor əməliyyatları üzrə - 0%*

*Bəzi partnyor mağazaları istisna olmaqla.  

 

Borcumu necə ödəyim?

BirKarta olan borcunuzu aşağıdakı ödəniş üsullarından istifadə etməklə ödəyə bilərsiniz.

 

  • pay.kapitalbank.az saytı vasitəsilə
  • Filiallarımızda yerləşən Kapital Bank ödəniş terminallarında
  • eManat, MilliÖn və Easy Pay terminallarında
  • hesab.az, e-pul.az və kassam.az saytları vasitəsilə
  • CİB mobil tətbiqi vasitəsilə
Borcu vaxtında ödəməsəm nə baş verir?
BirKart üzrə gecikmələriniz olarsa, Sizin kredit tarixçənizdə gecikmələr qeydə alınır və gecikdirilən məbləğə cərimə hesablanır. Bu halda BirKartınız bloklaşdırıla bilər.
Ödəniş vaxtı qeyri-iş gününə düşübsə, ödənişi nə zaman etməliyəm?
Ödəniş qeyri-iş gününə düşübsə, ödəniş etsəniz növbəti iş günü ilə hesabınıza keçəcək. Ona görə qeyri-iş gününə düşən ödənişləri 1 gün əvvəl iş günü, iş saatları ərzində etməyiniz tövsiyə edilir.
BirKartdan nağd pul çıxara bilərəm?
BirKartdan Kapital Bank bankomatları vasitəsilə nağd pul çıxara bilərsiniz.