Şəxsi kabinetə daxil ol

Ödəmə və xərclərinizdən xəbərdar olun

Success form

Subtitle for from

+3 taksit kampaniyası

18.03.2019

Kapital Bank Novruz bayramı münasibətilə BirKart taksit kartı sahibləri üçün yeni kampaniya təqdim edir.

Şərtlərə görə, BirKart-ın partnyor mağazalarında taksitli alış-veriş edən müştərilər əlavə olaraq 3 taksit əldə edəcəklər.

1 aprel 2019-cu il tarixinədək davam edən aksiyada, həm Bakı, həm də regionlardakı partnyor mağazalar iştirak edir. Misal üçün, 12 aylıq taksit təklif edən partnyorda ödəniş müddəti 12 deyil, 15 ay olacaq.

Ümumiyyətlə, BirKart-ın ölkə üzrə 1000-dən artıq partnyor şəbəkəsi fəaliyyət göstərir və bu say artmaqdadır. Qeyd edək ki, BirKart-ın 3 növü var – taksit, taksit/cashback və taksit/miles. Bu kartları məvacib və pensiyasını Kapital Bank-dan almayan şəxslər də əldə edə bilər. Bunun üçün yaşı 18-dən yuxarı olan müştərilər, Kapital Bank-ın istənilən filialına kart üçün müraciət edə bilərlər. BirKart bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 40 günədək güzəşt müddəti, istənilən aviabiletə dəyişilməsi mümkün olan millərin toplanması, həmçinin 1,5%-dən 30%-dək Cashback imkanı. BirKart 36 ay müddətə verilir, SMS məlumatlandırma xidməti isə pulsuzdur.

BirKart haqqında ətraflı məlumat üçün 196 Sorğu Mərkəzinə və ya kartın Facebook səhifəsinə müraciət edə bilərsiniz. BirKart sifarişi üçün həmçinin 8196 qısa nömrəsinə sms göndərməklə və ya +994 51 250 99 99 nömrəsinə WhatsApp vasitəsilə müraciət etmək olar. Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 99 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir.